Bu günlərdə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun bir qrup alimi Bakının Hövsan kəndindəki Mirzağa Əliyev adına Mədəniyyət Evində klassik ədəbiyyatımızın gözəl bilicisi, fil.ü.f.d. Vərağa Almasovun təşkilatçılığı ilə keçirilən böyük şairimiz İmadəddin Nəsiminin 650 illik yübileyinə həsr edilmiş tədbirə qatılıb. Respublikamızın tanınmış elm və mədəniyyət xadimlərinin iştirak etdiyi möhtəşəm tədbirdə Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, fil.ü.e.d. Paşa Kərimov “Nəsimi əsərlərinin yeni tapılan əlyazmaları və nəsimişünaslıq problemləri", elmi katib, fil.ü.f.d. Əzizağa Nəcəfov isə “Nəsimi əsərlərinin dili və poetik özəllikləri” mövzusunda məruzə ediblər.

Sonda tədbir iştirakçıları tanınmış sənətkarlarımızın ifasında muğam üzərində Nəsimi qəzəllərini dinləyiblər.

manuscript.az