“Elm və təhsil” nəşriyyatında tar.ü.f.d Telli Akhun Korkmazın “Türk-rus müharibələri baxımından Əhməd Rəsmi Əfəndi və “Xülasətül-etibar” əsəri” adlı kitabı çapdan çıxıb. Monoqrafiyada XVIII əsrdə yaşamış türk diplomatı və dövlət xadimi Əhməd Rəsmi Əfəndinin “Xülasətül-etibar” əsərini araşdıran müəllif bu mənbənin köməyi ilə dövrün bir sıra tarixi hadisələrini ətraflı nəzərdən keçirib. Kitaba Əhməd Rəsmi Əfəndinin əsərinin müasir əlifbada mətni daxil edilib. Kitabın elmi redaktorları filologiya elmləri doktorları Paşa Kərimov və Azadə Musayevadır.

manuscript.az