AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Türkdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Azadə Musabəylinin tərtib etdiyi dörd cildlik “Əlyazmalar İnstitutundakı türkdilli əlyazmaların kataloqu” çapdan çıxıb. Toplu kataloqun elmi məsləhətçisi akademik Teymur Kərimli, elmi redaktoru filologiya üzrə elmlər doktoru Paşa Kərimovdur.

Topluya Əlyazmalar İnstitutunda saxlanılan ümumi sayı 6121 olan bütün türkdilli əlyazmalarla bağlı biblioqrafik məlumatlar daxildir. I və II cildlər əsər adları üzrə, III və IV cildlər şəxs (müəllif, tərcüməçi və b.) adları üzrə əlifba sırası ilə tərtib olunub. Qeyd edək ki, Əlyazmalar İnstitutundakı müxtəlif elm sahələrini və mövzuları əhatə edən türkdilli əlyazmaların toplu kataloqunun hazırlanması Azərbaycanda ilkin təşəbbüsdür.

www.manuscript.az