AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun nəşr etdirdiyi ilahiyyata dair əlyazmalar kataloqunun III cildinə institutda mühafizə olunan ərəb, fars və türk dillərində yazılmış hədisə dair əlyazma əsərlərinin təsviri daxildir. Kataloqun hazırlanma prossesi zamanı yeni əlyazma nüsxələri aşkar edilib, o cümlədən bəzi müəllifsiz əlyazmaların müəllifləri müəyyən edilib. Kataloqun tərtibçisi ilahiyyat üzrə fəlsəfə doktoru Nailə Süleymanovadır. Elmi redaktorları filologiya üzrə elmlər doktorları Paşa Kərimov və Kamandar Şəriflidir. Kataloqda yer alan farsdilli təsvirlərin redaktoru Könül Bağırova, ərəbdilli təsvirləin redaktoru Yeganə Rəhnulladır.

www.manuscript.az