“Nəsimi ili” çərçivəsində tədbirlər təşkil edən, araşdırmalar aparan AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda növbəti bir nəşr - “Nəsimi və ardıcılları: Üsuli – Ruhi Bağdadi” adlı kitab çapdan çıxıb. Kitabın müəllifi Əlyazmalar İnstitutunun əməkdaşı, yazıçı-publisist Şöhrət Səlimbəylidir. Nəşrin elmi redaktoru filologiya üzrə elmlər doktoru, professor Paşa Kərimov, redaktoru filologiya üzrə elmlər doktoru Raqub Kərimovdur. Filologiya üzrə elmlər doktorları -professor Yaqub Babayev və professor Mahmud Allahmanlı kitabın rəyçiləridir. İki hissədən ibarət olan kitabın I hissəsində böyük Azərbaycan şairi və mütəfəkkəri İmadəddin Nəsiminin və onun davamçıları – XVI əsrdə yaşamış türk şairləri Üsuli və Ruhi Bağdadinin həyat və yaradıcılıqları araşdırılıb, təhlillər aparılıb.

II hissədə XX əsrin görkəmli ədəbiyyatşünas alimi Əbdülbaki Gölpınarlının hər üç şairin həyatı, yaradıcılığı və şeirləri haqqında 1953-cü ildə İstanbulda nəşr olunmuş “Nəsimi – Üsuli – Ruhi” adlı tədqiqat əsəri təqdim olunur.

manuscript.az