Oktyabrın 25-də Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Mülki müdafiə üzrə tədbirlər planına əsasən Fövqəladə Hallar nazirliyinin Səbail şöbəsi ilə birgə “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması, qəza təhlükəsi gözlənilən və baş verdiyi zaman rəhbər heyətin və mülki müdafiə qərargahının görəcəyi işlər” mövzusunda tədbir təşkil olunub. Tədbirdə Səbail rayonu Fövqəladə hallar və mülki müdafiə şöbəsinin rəisi, polkovnik-leytenant Nazir Əkbərov, rəis müavini Anar Nağıyev və AMEA-nın II xüsusi şöbəsinin baş mütəxəssisi Oktay Fərzəliyev İnstitutun rəhbər heyətinə fövqəladə hallarda mülki müdafiənin düzgün qurulması barədə geniş nəzəri və praktiki məlumatlar veriblər.

manuscript.az