Noyabrın 15-də Beynəlxalq Mətbuat Mərkəzində “Kaspi” qəzeti və “Kaspi” Təhsil Şirkətinin dəstəyi ilə “Ədəbiyyat günəşi” adlı məqalə müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib. “Nəsimi ili” çərçivəsində baş tutan tədbirdə Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, “Kaspi” Mətbuat və Təhsil Mərkəzinin rəhbəri Sona Vəliyeva, ziyalılar və media nümayəndələri iştirak edib. Tədbirdə əvvəlcə çıxışlar dinlənilib. Sonra müsabiqəyə təqdim olunan 60 məqalə arasından üç qalib yazı müəyyənləşib. Münsiflər heyətinin qərarı ilə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Nəzakət Məmmədli birinci yerin qalibi seçilib. İkinci yerin qalibi filologiya üzrə elmlər doktoru, professor Yaqub Babayev, üçüncü yerin mükafatçısı isə filologiya üzrə fəlsəfə doktoru, dosent Firudin Qurbansoy olub.

Qeyd edək ki, Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru, professor Paşa Kərimov müsabiqənin münsiflər heyətinin üzvü olub.

manuscript.az