MEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun bir qrup əməkdaşının son illərdə nəşr olunmuş kitabları haqqında məlumat “Yaxşı mütaliə” (ing. – Goodreads) beynəlxalq kitab təqdimatı və təhlili platformasına daxil edilib. Bununla da İnstitutun "Çap kitablarının tədqiqi" şöbəsi tərəfindən 4 mərhələdə həyata keçirilməsi nəzərdə tutulan təqdimat prosesinin I mərhələsinə yekun vurulub. Bu mərhələdə 23 alim-mütəxəssisin 86 kitabı barədə informasiya beynəlxalq ictimaiyyətə təqdim olunub. Cari ilin sonunadək həyata keçiriləcək II mərhələdə İnstitutun digər əməkdaşlarının da nəşrləri beynəlxalq reyestrə daxil ediləcək. III mərhələdə İnstitutun daha əvvəlki illərdə nəşr etdirdiyi 800-ə yaxın əsər “Yaxşı mütaliə” vasitəsilə təbliğ ediləcək. Sonuncu, IV mərhələnin isə davamlı olması nəzərdə tutulur. Həmin mərhələdə İnstitutun yeni nəşrləri mütəmadi şəkildə beynəlxalq reyestrə daxil ediləcək.

Məlumat üçün bildirək ki, “Yaxşı mütaliə” beynəlxalq kitab təqdimatı və təhlili platforması ABŞ Konqres kitabxanası ilə Amazon şirkətinin birgə yaratdığı sosial kataloqlaşdırma sistemidir. 2006-cı ildə yaradılmış platformanın hazırda 90 milyon istifadəçisi var. Burada dünyanın müxtəlif yerlərindən yüz minlərlə müəllifin 2,6 milyon kitabı əks olunub. İndiyədək həmin kitablar haqqında oxucuların 100 milyona yaxın rəyi platformada dərc edilib. “Yaxşı mütaliə” beynəlxalq kitab təqdimatı və təhlili platformasından Bill Qeyts, Stiven Kinq, Marqaret Etvud, Den Braun kimi tanınmış şəxslər də istifadə edir.

I mərhələdə kitabları qeydiyyatdan keçirilmiş müəlliflər:

Akad. Teymur Kərimli (Goodreads səhifəsinə keçid)

Fil.ü.e.d. Paşa Kərimov (keçid)

Fil.ü.e.d. Aybəniz Əliyeva-Kəngərli (keçid)

Fil.ü.e.d. Azadə Musayeva (keçid)

Fil.ü.e.d. Kamandar Şərifov (keçid)

Fil.ü.e.d. Nəsib Göyüşov (keçid)

Tarix ü.e.d. Tahirə Həsənzadə (keçid)

Fil.ü.e.d. Raqub Kərimov (keçid)

Tarix ü.e.d. Fərid Ələkbərli (keçid)

Fil.ü.e.d. Nailə Səmədova (keçid)

Fəl.ü.e.d. Zəkiyyə Əbilova (keçid)

Fil.ü.f.d. Əkrəm Bağırov (keçid)

Fil.ü.f.d. Əzizağa Nəcəfov (keçid)

Fil.ü.f.d. Nailə Mustafayeva (keçid)

Tarix ü.f.d. Nigar Babaxanova (keçid)

Tarix ü.f.d. Aynur Hacıqədirli (keçid)

Fil.ü.f.d. Kərimulla Məmmədzadə (keçid)

Firəngiz Hüseynova (keçid)

Zaur Orucov (keçid)

Qutiyera Cəfərova (keçid)

Sayalı Əliyeva (keçid)

Arif Ramazanov (keçid)

Fil.ü.e.d. Məmməd Adilov (əlavə olaraq) (keçid)

manuscript.az