AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi Şurasının qərarı ilə Məhəmməd ağa Müctəhidzadənin əsərləri ilk dəfə ayrıca kitab halında çapdan çıxıb. Kitabda elm aləmində təzkirəçi-şair kimi tanınan Məhəmməd ağa Müctəhidzadənin sonsuz məhəbbətlə qələmə aldığı Vətəni - Qarabağın, Azərbaycanın bu dilbər güşəsinin gözəllik və özünəməxsusluqlarını böyük coşqu ilə təsvir və tərənnüm etdiyi sevgi dolu əsərləri oxuculara təqdim olunur.

“Məhəmməd ağa Müctəhidzadə – Əsərləri” adlı kitabın elmi redaktoru Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli, nəşrə hazırlayan və ön sözün müəllifi institutun baş elmi işçisi, fil.ü.e.d. Raqub Kərimov, rəyçiləri müəssisənin icraçı direktoru, fil.ü.e.d. Paşa Kərimov və şöbə müdiri, fil.ü.f.d. Əkrəm Bağırovdur.

manuscript.az