Bu günlərdə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Şəxsi arxivlərin tədqiqi şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Könül Bağırovanın “Azər Buzovnalı yaradıcılığı: tarixilik və müasirlik” adlı monoqrafiyası nəşr olunub.

Kitabda Azər Buzovnalının poetik irsi ilk dəfə hərtərəfli və sistemli şəkildə araşdırılmış, şairin zəngin yaradıcılıq nümunələrinin ideya, məzmun, forma və bədii sənətkarlıq xüsusiyyətləri tədqiqata cəlb olunmuş, müxtəlif mövzuları əhatə edən yaradıcılığı arxiv nümunələri əsasında ədəbi janrlar və üslubi baxımdan tədqiqata cəlb edilərək Azərbaycan ədəbiyyatı tarixindəki mövqeyi aydınlaşdırılmış, onların bədii sənət nümunəsi kimi dəyəri müəyyənləşdirilmişdir.

Yeni nəşrin elmi redaktoru filologiya elmləri doktoru Paşa Kərimov, rəyçiləri Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlı, filologiya elmləri doktoru, professor Azadə Musayeva və filologiya elmləri doktoru Nailə Səmədovadır.

manuscript.az